Bu gün “Everton” rəsmiləri Bakıya gəlir
06 Yanvar 2011 Cümə Axşamı 09:20
İngilislər “Neftçi” rəhbərliyi ilə görüşəcəklər
Bu gün İngiltərənin "Everton" futbol klubunun nümayəndələrinin Bakıya gələcəkləri gözlənilir. ANS PRESS-in “Neftçi” futbol klubuna istinadən verdiyi məlumata görə, “Everton”un beynəlxalq əlaqələr və futbol departamentinin rəhbəri David Harrisonun başçılıq etdiyi nümayəndə heyəti axşam saatlarında paytaxtımıza gələcək.
Sabah isə İngiltərə klubunun rəsmiləri "Neftçi" futbol klubunun rəhbərliyi ilə görüşəcək. Qeyd edək ki, İngiltərə klubunun nümayəndələrinin səfəri "Neftçi"nin futbolçusu Araz Abdullayevin "Everton"a keçidi ilə bağlıdır.
Xatırladaq ki, “Everton” İngiltərə Premyer Liqası çərçivəsində son oyununu dünən öz meydanında “Tottenhem” klubuna qarşı keçirib. Görüş 2:1 hesabı ilə “Everton”un xeyrinə başa çatıb.
DOSTLARINLA PAYLAŞ: