Bu gün böyük həyəcana start verilir
17 Noyabr 2012 Şənbə 11:48
"Baku Fires" Ümumdünya Boks Seriyasında mübarizəyə başlayır .
Bu gün “Sərhədçi” Olimpiya İdman Mərkəzində Ümumdünya Boks Seriyasının (WSB) 1-ci turunun Baku Fires (Azərbaycan) və Argentina Condors (Argentina) komandaları arasında döyüş keçiriləcək. Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, “Baku Fires”in baş məşqçisi Nuripaşa Talibov komandanın qarşısına yüksək hədəflərin qoyulduğunu və bunun üçün çalışacaqlarını bildirib.

Argentina klubunun baş meneceri Hernan Salvo komandasının WSB liqasında debütant olmasını qabardıb: “Bizim üçün hər bir döyüş təcrübə məktəbi olacaq. Sabah liqanın ən güclü klublarından biri ilə qarşılaşacağıq. Rəqibə ciddi müqavimət göstərməyə çalışacağıq. İnanıram ki, azarkeşləri maraqlı döyüş gözləyir”.

“Baku Fires”in heyətində debüt edəcək dünya və Avropa çempionu Albert Səlimov WSB liqasında debütünü səbirsizliklə gözlədiyini söyləyib: “Son dünya çempionatında, eləcə də lisenziya turnirində bəxtsizliklə üzləşdim. Ancaq artıq qara zolağın geridə qaldığını düşünürəm. Və yeni komandamın uğurları üçün əlimdən gələni edəcəm”.

Qeyd edək ki, son anda "Argentina Condors"un heyətində dəyişiklik edilib. 73 kq çəki dərəcəsində Henri david Polanco Simalı Xuan Velasko əvəzləyib.

Xatırladaq ki, matç 17 noyabr saat 19:00-da “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçiriləcək.

Qeyd edək ki, artıq komandaların heyəti də açıqlanıb. Komandaların heyətləri:

"Baku Fires" – "Argentina Condors"

54 kq. Qairbek Qermaxanov (Azərbaycan) – Alberto Ezequiel Melian (Argentina)

61 kq. Albert Səlimov (Rusiya) – İqnacio Perrin (Argentina)

73 kq. Heybulla Mürsəlov (Azərbaycan – Xuan Velasko (Argentina)

85 kq. Ramazan Məhəmmədov (Azərbaycan) – Facundo nahuel Simal (Argentina)

+91 kq. Hacı Murtuzəliyev (Azərbaycan) – Maksimiliano Alexandro Sosa (Argentina)

“A” qrupunun digər görüşlərində Mexico City Guerreros doğma rinqdə Poland Hussarsı, “Dinamo” (Moskva) isə Əlcəzairin Desert Hawks klubunu qəbul edəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar