Bu gün Belçika – Azərbaycan matçı keçiriləcək
06 Sentyabr 2011 Çərşənbə Axşamı 17:04
Bu gün Belçika – Azərbaycan matçı keçiriləcək. 21 yaşadək futbolçularımız çətin sınaq qarşısında.
Bu gün 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Belçika və Azərbaycan yığma komandaları qarşılaşacaq. ANS PRESS-in AFFA-ya istinadən verdiyi məlumata görə, qarşılaşma Antverpen şəhərindəki Olimpiya stadionunda keçiriləcək. Oyunu slovakiyalı FİFA referisi İvan Krujlyak idarə edəcək. Matçın start fiti Bakı vaxtı ilə saat 21:00-da səsləndiriləcək.

Xatırladaq ki, 21 yaşadək futbolçulardan ibarət yığmamız qrupun ilk oyununda İngiltərə kollektivinə səfərdə 0:6 hesabı ilə uduzmuşdular. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar