Bu gün Bakı klubunun nəyə qadir olduğunu görəcəyik
15 İyul 2010 Cümə Axşamı 09:50
Bakı klubu Avroliqada ilk oyununa çıxır.
Bu gün UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları baş tutacaq. Bu mərhələdən mübarizəyə başlayacaq təmsilçimiz “Bakı” ilk oyununu doğma meydanda keçirəcək.

“Bakı”nın rəqibi Çernoqoriyanın “Buduçnost” kollektivi olacaq. Qarşılaşma Tofiq Bərramov adına Respublika stadionunda baş tutacaq. Oyunu Rumıniyadan olan baş hakim Viorel Konstantin idarə edəcək.

Xatırladaq ki, “Bakı” – “Buduçnost” matçı saat 21:00-da start götürəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar