Bu gün keçiriləcək 3 qarşılaşma ilə futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tur matçlarına yekun vurulacaq. Günün ən önəmli qarşılaşması Zaqatalada keçiriləcək. 50 xalla turnir cədvəlində 3-cü pillədə qərarlaşan “Simurq” “Qəbələ”ni qəbul edəcək. Zaqatala təmsilçisi bu matçda qələbə qazanacağı təqdirdə sonuncu turun nəticəsindən asılı olmayaraq 3-cü yeri özü üçün təmin edəcək. Bu isə "Simurq"un 2008/09 mövsümünü bürünc medallarla başa vurmasına imkan yaradacaq. Günün digər matçlarında MOİK "Olimpik"lə, "Muğan" isə öz meydanında "Standard"la qarşılaşacaq. "Muğan" bu matçda qələbə qazanacağı təqdirdə “Bakılı”nın Premyer Liqanı tərk edəcəyi rəsmiləşəcək.
11 May
MOİK - "Olimpik"
Başlanma saatı: 17.00
Stadion: "Şəfa" stadionu
Hakim: Zöhrab Əliyev
"Muğan" - "Standard"
Başlanma saatı: 17.00
Stadion: Salyan şəhər stadionu
Hakim: Vüsal Əliyev
"Simurq" - "Qəbələ"
Başlanma saatı: 20.00
Stadion: Zaqatala şəhər "Simurq” stadionu
Hakim: Azad Mütəllimov
/ANS PRESS/