Bu gün azarkeşlərimizin diqqəti püşkatmaya yönələcək
21 İyun 2010 Bazar Ertəsi 10:55
Bu gün azarkeşlərimizin diqqəti püşkatmaya yönələcək. Mərasim İsveçrənin Nyon şəhərində baş tutacaq.
Bu gün İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının və Avropa Liqasının I və II təsnifat mərhələlərinin püşkatma mərasimi keçiriləcək.

Çempionlar Liqasının püşkü Bakı vaxtı ilə saat 15:00-da atılacaq. Avropa Liqasında klublarımızın rəqibləri isə saat 16:30-dan məlum olacaq.

Xatırladaq ki, Çempionlar Liqasında Azərbaycanı Unibank Premyer Liqasının qalibi "İnter" təmsil edəcək. Azərbaycan kubokunun son qalibi "Bakı", həmçinin Unibank Premyer Liqasında müvafiq olaraq 3-cü və 4-cü yerləri tutmuş "Qarabağ" və "Xəzər Lənkəran" klubları UEFA Avropa Liqasında yarışacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar