Bu gün Avstriya-Azərbaycan qarşıdurmasıdır
08 Oktyabr 2010 Cümə 01:15
Komandamız seçmə mərhələdə ilk xalını qazana biləcəkmi?
Bu gün Vyananın “Ernst Happel” stadionunda Avstriya və Azərbaycan milliləri qarşılaşacaq. 2012-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək oyun Bakı vaxtı ilə saat 23.30-da başlayacaq. Qarşılaşmanı Danimarkadan olan hakimlər briqadası idarə edəcək:
Baş hakim: Nikolay Vollkvarts
Baş hakimin köməkçiləri: Torben Yensen, Henrik Kristensen
Dördüncü hakim: Kenn Hansen
Hakim-inspektor: Mişel Vautrot (Fransa)
UEFA nümayəndəsi: Dumitru Mihalaçe (Rumıniya)
Oyundan əvvəl mətbuat konfransı keçirən Azərbaycan millisinin baş məşqçisi Berti Foqts iddialı danışıb: “Avstriyaya uduzmağa gəlməmişik. Biz öz oyunumuzu göstərsək, qələbə qazana bilərik. Avstriyada yaxşı dostlarım var. Buna baxmayaraq, məqsədimiz Bakıya xalla qayıtmaqdır”. Berti Foqts hesab edir ki, bu günkü oyun çox çətin keçəcək. Bununla belə, onun fikrincə, meydanda son dəqiqəyədək mübarizə aparmaq lazımdır.
Qeyd edək ki, A qrupunda mübarizə aparan millimiz indiyədək bir oyun keçirib və məğlub olub. Komandamız turnir cədvəlində beşinci yeri tutur. Avstriya yığması isə qrupdakı ilk oyununda Qazaxıstan millisinə qalib gəlib və üç xalla üçüncü pillədədir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: