Bu gün Avropa Liqasının qalibi məlum olacaq
18 May 2011 Çərşənbə 02:27
Çoxları “Portu”nun qələbəsinə əmin olsa da, “Braqa”nın baş məşqçisi xoşbəxt sonluğa inanır
Bu gün Avropa Liqasının finalıdır. Dublindəki “Dublin Arena” stadionunda Portuqaliyanın “Portu” və “Braqa” klubları qarşılaşacaqlar. Çoxları hesab edir ki, “Portu”nun finaldakı qələbəsi təmin olunub. Lakin “əjdahalar”ın keçmiş hücumçusu, hazırda “Braqa”nı çalışdıran Dominquş Pasyensiyanın fikrincə, “Braqa”nı xoşbəxt sonluqlu nağıl gözləyir.

“Mən fəxr edirəm ki, 90 ildir mövcud olan “Braqa”nı finala gətirmişəm”, - deyə 42 yaşlı Dominquş Pasyensiya bildirib. O, əvvəlcədən elən edib ki, mövsümün sonunda “Braqa”dan ayrılacaq. “Əlbəttə, Dublina vəsiqə yuxuya bənzəyir. Amma mən hələ oyanmaq istəmirəm. Hələ bir gün də arzulamaq istəyirəm. Oyananda, kuboku əlimdə saxlamaq istərdim”, - baş məşqçi deyib.

Çoxları “Braqa”nın Avropa Liqasının qalibi olacağını çoxları güman etmir. “Braqa”nın kolleksiyasında cəmi bir uğur var - komanda 1966-cı ildə Portuqaliya Kubokunun qaliğbi olub. “Braqa” indiyədək Avropa kuboklarının heç ¼ final mərhələsinə qədər də irəliləyə bilməmişdi. Amma bu il klub Avropa Liqası birinciliyinin astanasındadır.

“Portu” və “Braqa” öz aralarında 131 oyun keçiriblər. Bu oyunların 92-sində “əjdahalar” qalib gəliblər və cəmi 17 dəfə məğlub olublar. Bu mövsüm Portuqaliya çempionatında “Portu” hər iki qarşılaşmada “Braqa”dan üstün olub.

Bununla belə, “Braqa”ya “barmaqarası” baxmaq o qədər də düz deyil. Klub finala gedən yolda bir çox məşhur klubları, o cümlədən, “Liverpul” və “Benfika”nı sıradan çıxarıb. “Portu”nun baş məşqçisi Andre Villaş-Boaş, hər şeyin həll olunmuş hesab etmir. O, hamının “Portu”nu favorit hesab etməsinə belə münasibət bildirib: “Hələ ki “Braqa” qarşılaşdığı bütün favoritləri məğlub edir”.

Komandaların heyəti ulduz oyunçuların sayına görə xeyli fərqlənir. “Braqa”da beynəlxalq arenada yalnız Uqu Vianu tanınır. “Portu” isə ulduz futbolçu sarıdan korluq çəkmir. “Portu”nun bütün heyətinin dəyəri 164 milyon avro, “Braqa”nın futbolçularının ümumi qiyməti isə cəmi 50,5 milyon avro ilə qiymətləndirirlər. Göründüyü kimi, fərq üç dəfədən artıqdır.

Beləliklə, bu gün ya “Portu” favorit statusunu təsdiqləyəcək, ya da “Braqa” Avropa kuboklarının tarixinə düşəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar