Bu gün Araz – Eyndhoven matçı keçiriləcək
17 Noyabr 2011 Cümə Axşamı 15:25
Futzal təmsilçimiz UEFA kubokunun elit-raundunda mübarizəyə başlayır.
Futzal üzrə UEFA kubokunun elit-raund mərhələsində təmsilçimiz “Araz” klubu bu gün ilk oyununu keçirəcək. ANS PRESS-in AFFA-ya istinadən verdiyi məlumata görə, futzalçılarımız Hollandiyanın “Eyndhoven” klubu ilə qarşılaşacaq. İspaniyanın Barselona şəhərindəki Palau Blauqrana İdman Kompleksində keçiriləcək “Araz” – “Eyndhoven” oyunu Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. “Araz”ın yer aldığı qrupdakı oyunların təqvimini diqqətinizə çatdırırıq:

17 noyabr, saat 21:30
“Araz” – “Eyndhoven”

18 noyabr, saat 21:45
“Xrudim” – “Araz”

20 noyabr, saat 20:00
“Araz” – “Barselona”

Xatırladaq ki, bu qrupun oyunları İspaniyanın Barselona şəhərində keçiriləcək.



DOSTLARINLA PAYLAŞ:

oyunlar