Bu, Azərbaycan futboluna hörmətsizlikdir
29 Sentyabr 2010 Çərşənbə 12:50
“Neftçi” veteranları klub bayrağının yandırılmasına münasibət bildiriblər.
"Neftçi"nin veteran futbolçuları Yaşar Babayev və Valeri Hacıyev "Xəzər-Lənkəran" – "Neftçi" qarşılaşmasında rəqib komandanın azarkeşlərinin flaqmanın atributuna hörmətsiz yanaşmalarına münasibət bildiriblər. Bu barədə klubdan məlumat verilib.

Yaşar Babayev: "Neftçi"yə qarşı bu cür hörmətsizliyi heç kimdən gözləməzdim. Tarixi kökü olan klubun bayrağı yandırılmamalı idi. Bunu edənlər ən azı üzr istəməlidirlər".

Valeri Hacıyev: "Neftçi"nin bayrağını yandıranlar təkcə, kluba yox, həm də Azərbaycan futboluna hörmətsizlik ediblər. Çünki "Neftçi" Azərbaycan futbolunun flaqmanıdır. Bunda əli olan günahkarlar cəzalandırılmalıdırlar".

Xatırladaq ki, Unibank Premyer Liqası çərçivəsində baş tutan “Xəzər Lənkəran” – “Neftçi” oyunu zamanı cənublu azarkeşlər Bakı klubunun bayrağını yandırmışdılar. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar