Bu axşam Barselona - Real Madrid qarşılaşması oynanılacaq
26 Oktyabr 2013 Şənbə 12:26
Bu axşam Barselona - Real Madrid qarşılaşması oynanılacaq. Bukmekerler Madrid klubuna şans tanımır.
Bu axşam bütün futbolsevərlərin diqqəti “Nou-Kamp”a yənələcək. ANS PRESS-in məlumatına görə, Bakı vaxtı iə saat 21:00-da “Barselona” - “Real” qarşılaşması oynanılacaq.

Əzəli rəqibləri qarşılaşmasına maraq olduqca böyükdür. Məşhur bukmeker kontorları bu gün oynanılacaq "El-Klassiko“ya maksimum variant təklif ediblər.

“Barsa” öz meydanında oynadığı üçün matçda favorit göstərilir-1,75 əmsal. Oyunun heç-heçəsini proqnozlaşdıranlar qoyduqları məbləğdən 3,8 dəfə artıq qazanc əldə edə bilər.

Madrid klubunu qələbəsi isə az ehtimal olunur-4,2.

Qeyd edək ki, bu qarşılaşmada dünyanın ən bahalı futbolçusu Qaret Beyl də meydanda olacaq.



DOSTLARINLA PAYLAŞ:

oyunlar