Brügge - Qarabağ oyununu idarə edəcək hakimlər briqadası məlumdur
23 İyul 2011 Şənbə 16:21
Brügge - Qarabağ oyununda ədaləti Şimali İrlandiyadan olan hakimlər təmin edəcək.
Ağdamın “Qarabağ” futbol klubu UEFA Avropa Liqası yarışlarında inamlı addımlarla irəliləməkdədir. Klubun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, ilk mərhələdə Litvanın “Banqa”, ikinci mərhələdə isə Farer adalarının “Streymur” klubunu yarışdan kənarlaşdıran “Qarabağ”ın növbəti rəqibi Belçikanın “Brügge” komandası olacaq.
İyulun 28-də Belçikada keçiriləcək “Brügge” - “Qarabağ” oyununu Şimali İrlandiyadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Arnold Hanter olacaq. A.Hanterin köməkçiləri hələki müəyyənləşməyib.
“Qarabağ”–“Brügge” oyunu Brüggedəki “Yan Breydelstadion” arenasında keçiriləcək. Cavab görüşü isə avqustun 4-də Bakıda oynanılacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: