Braziliyalı futbolçu qız zorlamaqda təqsirli bilinir
08 Mart 2011 Çərşənbə Axşamı 16:26
Brandaonun günahı sübuta yetirilsə, o, azadlıqdan məhrum ediləcək
Fransanın “Marsel” klubunun braziliyalı futbolçusu Brandao qız zorlamaqda şübhəli bilinir. ANS PRESS-in “Gazeta.ru” saytına isinadən verdiyi məlumata görə, futbolçu hazırda polis bölməsində dindirilir.

30 yaşlı Brandaonun mart ayının əvvəllərində dostları ilə gecə klublarından birində əyləndiyi zaman adı çəkilməyən qızla tanış olduğu bildirilir. Gecə klubundan çıxdıqdan sonra Brandao qıza onunla evə getməyi təklif edib.

Futbolçunun qızı avtomobildə zorladığı bildirilir. Bir vaxtlar Ukraynanın “Şaxtyor” klubunda çıxış edən futbolçunun günahı sübuta yetirilsə, onu uzun müddət azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar