Braziliya yığması da dağıldı
27 İyul 2010 Çərşənbə Axşamı 13:00
Braziliya yığması komandaya yeni təyin olunmuş baş məşqçi Menezes islahatlara başlayıb.
Braziliya yığma komandasının yeni təyin olunmuş baş məşqçisi Mano Menezes yığmada islahatlara başlayıb. Baş məşqçi Braziliya – ABŞ yoldaşlıq qarşılaşması üçün 11 yeni futbolçuya dəvət göndərib.
Menezes Dünya Çempionatı-2010-da yığmanın şərəfini qoruyan yalnız 4 futbolçunu heyətə cəlb edib. Menezesin dəvət göndərmədiyi futbolçular siyahısında Kaka, Luiş Fabiano və Julio Sezar kimi oyunçular da var.
Xatırladaq ki, Braziliya – ABŞ yoldaşlıq matçı avqustun 10-da baş tutacaq. Braziliya yığmasının eksperimental heyətlə hansı nəticəyə imza atacağı isə maraqla gözlənilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: