Braziliya yığması CAR-a gəlib
27 May 2010 Cümə Axşamı 17:20
Millinin üzvlərini mundialın təşkilat komitəsinin rəhbəri İrvin Xoza qarşılayıb.
Futbol üzrə beşqat dünya çempionu olan Braziliya yığma komandası mundialın keçiriləcəyi Cənubi Afrika Respublikasına (CAR) gəlib. Komandanın heyətində Ronaldinyo, Adriano və Ronaldo kimi ulduz futbolçular yer almır. Yığma komandanın üzvlərini mundialın təşkilat komitəsinin rəhbəri İrvin Xoza qarşılayıb.

“Əgər Braziliya yığma komandası CAR-ə gəlibsə, deməli dünya çempionatı baş tutacaq”, - deyə İrvin Xoza bildirib.

Xatırladaq ki, iyunun 11-də start götürəcək dünya çempionatında Braziliya yığması G qrupunda Şimali Koreya, Fil Dişi Sahili və Portuqaliya milliləri ilə bir qrupda yer alacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar