Braziliya yığması Argentinanı məyus etdi
29 Sentyabr 2011 Cümə Axşamı 15:41
“Sambaçılar” 2:0 hesabı ilə qalib gəliblər.
Futbol üzrə Braziliya yığma komandası “Superclasico de las Americas” kuboku çərçivəsində Belem şəhərində baş tutan oyunda Argentina komandası ilə üz-üzə gəlib. ANS PRESS-in məlumatına görə, qarşılaşma Braziliya kollektivinin 2:0 hesablı qələbəsilə yekunlaşıb.

Braziliya və Argetina çempionatlarda çıxış edən futbolçuların forma geyindiyi matçın 54-cü dəqiqəsində Lukas və 75-ci dəqiqəsində Neymar fərqlənib. Qeyd edək ki, bu iki komanda arasında Argentinanın Kordova şəhərində baş tutan ilk oyunda hesab açılmamışdı. ANSPRESS




DOSTLARINLA PAYLAŞ:

oyunlar