Braziliya millisi Şimali Koreya yığmasını məğlub etdi
16 İyun 2010 Çərşənbə 02:05
Braziliya millisi Şimali Koreya yığmasını məğlub etdi. Oyunda “Qalatarasay”ın hücumçusu Elano da fərqlənib.
Braziliya millisi futbol üzrə Dünya Çempionatındakı ilk oyununda Koreya Xalq Demokratik Respublikası yığmasına qalib gəlib.

Yohannesburqda keçirilən qarşılaşma 2:1 hesabı ilə Braziliya millisinin xeyirinə başa çatıb. Braziliya millisinin heyətində Maykon (55-ci dəqiqə) və futbolsevərlərə Türkiyənin “Qalatasaray” klubunun oyunçusu Elano (72-ci dəqiqə) fərqlənib. Şimali Koreya futbolçuları Çir Yun Namanın 89-cu dəqiqədəki qolu ilə hesab arasındakı fərqi azaldıblar.

G qrupunda daha əvvəl keçirilən qarşılaşmada Portuqaliya və Fildişi sahili milliləri heç-heçə oynayıblar. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar