Braziliya komandası "başsız qaldı"
03 İyul 2010 Şənbə 14:30
Braziliya komandası baş məşqçisi Dunqa istefa verib.
Braziliya yığma komandasının baş məşqçisi Dunqa öz postundan getdiyini açıqlayıb. Bu məlumatı baş məşqçi Braziliya – Hollandiya matçından sonra baş tutan mətbuat konfransında verib. O, bu məğlubiyyətə dözməyin çətin olduğunu vurğulayıb.
Xatırladaq ki, Dunqa Braziliya yığma komandasını 2006-cı iln yayından çalışdırır. Baş məşqçi bu postda Karlos Alberto Perreyanı əvəzləyib.
Braziliya mundialın ¼ final mərhələsində dünən baş tutan Hollandiya ilə matçda rəqibinə 1:2 hesabı ilə uduzaraq mübarizəni erkən dayandırıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: