Braziliya Copa America futbol turnirinin finalına qala bilmədi
19 İyul 2011 Çərşənbə Axşamı 04:56
Braziliya Copa America futbol turnirinin finalına qala bilmədi. Qarşılaşma 2-0 hesabla Paraqvayın xeyrinə başa çatdı.
“Copa America” futbol turnirinin ¼ final mərhələsində Paraqvay yığması ilə qarşılaşan Braziliya millisi rəqibinə məğlub olub. “Copa America”nın əsas favoritlərindən hesab olunan Braziliya millisi qarşılaşma başa çatana qədər üstün oyun nümayiş etdirsə də oyun 0-0 hesabla başa çatıb. Hakimin oyunda uzatma vaxtı tətbiq etməsi də nəticəni dəyişdirmədi: 0-0.

Bundan sonra tərəflərin penalti vurmasına qərar verildi. Qeyd edək ki, Braziliya millisi bu haqqından istifadə edə bilmədi. Paraqvay yığması isə 4 penalti haqqından ikisini qola çevirdi. Qarşılaşma 2-0 hesabla Paraqvayın xeyrinə başa çatdı. Bu nəticə Paraqvaya finalda oynamaq şansı qazandırdı, Braziliyayı isə bu mərhələdən ələdi. ANSPRESS




DOSTLARINLA PAYLAŞ:

oyunlar