Böyükağa Hacıyev hücum futbolu vəd edir
04 Avqust 2011 Cümə Axşamı 16:05
Baş məşqçi hesab edir ki, klubun buna potensialı çatar
“Neftçi”yə yeni təyin olunan baş məşqçi Böyükağa Hacıyev komanda ilə çalışmalara başlayıb. Baş məşqçi milli çempionatın startına az müddət qalmasına baxmayaraq, klubu qəbul etsə də, ANS-ə açıqlamasında nikbin danışıb.

“Son zamanlar “Neftçi”nin oyununa baxaraq təəssüflənirdik. Çalışacağıq ki, “Neftçi” bundan sonra hücum futbolu nümayiş etdirək. Düşünürəm ki, klubun buna potensialı çatar. Kluba layiq olan futbolçuları oynadacam. Mənim güvəndiyim futbolçular həmişə etimadımı doğruldublar”, - deyə Böyükağa Hacıyev bildirib.

Xatırladaq ki, Böyükağa Hacıyev “Neftçi”nin baş məşqçisi postunda Artif Əsədovu əvəzləmişdi. Arif Əsədov “Neftçi” Çempionlar Liqasının ilk mərhələsində Xorvatiyanın “Dinamo” (Zaqreb) klubuna məğlub olaraq mübarizəni dayandırandan sonra istefa vermişdi.



DOSTLARINLA PAYLAŞ:

oyunlar