Böyükağa Hacıyev bu gün istefa verə bilər
25 İyul 2013 Cümə Axşamı 10:07
Albaniya səfərindən qayıtdıqdan dərhal sonra “Neftçi”nin prezidenti Sadıq Sadıqovun tapşırığı ilə klubdaxili iclas keçirilib.
Albaniya səfərindən qayıtdıqdan dərhal sonra “Neftçi”nin prezidenti Sadıq Sadıqovun tapşırığı ilə klubdaxili iclas keçirilib. ANS PRESS-in klubun saytına istinadən verdiyi məlumatına görə, baş məşqçi Böyükağa Hacıyev, eləcə də məşqçilər Tərlan Əhmədov, Bəxtiyar Musayev, Kamal Quliyev, Neboyşa Monoyloviç və Ruben Sellesin iştirakı ilə keçirilmiş iclasda Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Albaniyanın “Skenderbeu” klubuna məğlubiyyətin səbəbləri ilə bağlı məşqçilərin fikirləri dinlənilib.
Baş məşqçi Böyükağa Hacıyev məğlubiyyətə görə məsuliyyət daşıdığını və 25 iyul 2013-cü il tarixdə saat 11:00-da klub prezidenti Sadıq Sadıqova istefa ərizəsini təqdim edəcəyini bildirib. Məşqçilər isə klub prezidentinin verəcəyi qərarla razı olduqlarını söyləyiblər.
“Skenderbeu” klubuna məğlubiyyətin səbəbləri araşdırılacaq və yekun qərar yaxın günlərdə klub prezidenti Sadıq Sadıqovun iştirakı ilə keçiriləcək iclasda veriləcək.
DOSTLARINLA PAYLAŞ: