"Böyük Moskva reqatası"nda ilk medalı qazandıq
07 İyun 2009 Bazar 12:00
Moskvada akademik avarçəkmə üzrə keçirilən turnirdə Toğrul Qurbanzadə - Aleksandr Jdanov dueti bürünc medal qazanıb

 

İyunun 6-da Rusiyanın paytaxtı Moskvada akademik avarçəkmə üzrə "Böyük Moskva reqatası" start götürüb. Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan milli komandası ilk yarış günündə bir bürünc medal qazanıb. 23 yaşadək avarçəkənlər arasında 2 nəfərlik qoşa avarlı yüngül çəkili qayıqda çıxış edən Toğrul Qurbanzadə - Aleksandr Jdanov dueti 3-cü yeri tutub. Həmyerlilərimiz 2000 metrlik məsafəni 7 dəqiqə 1 saniyə 994 mikrosaniyəyə qət ediblər.

Xatırladaq ki, ümumilikdə 10 ölkənin qatıldığı "Böyük Moskva reqatası"nda 7 akademik avarçəkənimiz iştirak edir. Turnirə bu gün yekun vurulacaq./ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar