Boskçularımızdan olimpiadada uğurlu start
28 İyul 2012 Şənbə 22:46
Sultan Migitimov misirli rəqibi Muhammed Hikala qalib gəlib.
2012-ci il London Yay Olimpiadasında boksçularımız mübarəzəyə başlayıblar. ANS PRESS-in məlumatına görə, 75 kiloqram çəkidə mübarizə aparan Sultan Migitinov mübarizəyə start verib.

İlk turda onun rəqibi misirli Muhammed Hikal olub. Bu döyüşdə 24 yaşlı Azərbaycan idmançısı 34 yaşlı rəqibini məğlub edərək, növbəti mərhələyə vəsiqə qazanıb.

Referilər raundların sonunda 20:12 hesabı ilə Sultan Migitimovun qələbəsini qeydə alıblar. Beləliklə, boksçularımızın London Yay Olimpiadasında ilk çıxışları uğurlu alınıb.

Azərbaycanın təmsil olunduğu 56 kq çəki dərəcəsində də ilk döyüşlər keçiriləcək. Lakin bu çəkidəki təmsilçimiz Məhəmməd Abdulhəmidov ilk mərhələdən azaddır.

Bu gün isə onun rəqibi müəyyənləşəcək. Belə ki, boksçumuz bu gün baş tutacaq İsaac Doqboe (Qana) - Satoşi Şimizu (Yaponiya) cütünün qalibi ilə qarşılaşacaq.



DOSTLARINLA PAYLAŞ:

oyunlar