"Borussiya"ya texniki məğlubiyyət verilməyəcək
22 Avqust 2010 Bazar 15:05
Dortmunddakı qarşılaşmanın hesabının ləğv ilə bağlı söhbətlər təsdiqini tapmayıb.
“Borussiya”ya texniki məğlubiyyət verilməsi ilə bağlı söz-söhbətlər ortaya çıxıb. Redaksiyamıza daxil olan məlumata görə, buna səbəb bu klubun futbolçusunun Avroliqa çərçivəsində “Qarabağ”la oyunda qeyri-qanuni oynaması ilə bağlı iddia olub. Yayılmış məlumata görə, Şinji Kaqavanın “aktivi”ndə iki sarı vərəqə olub.

Qeyd edək ki, Kaqava Dortmundda keçirilən oyunda hesabı açıb. O, 13-cü dəqiqədə “Qarabağ”a qol vurub. Qarşılaşmada son qolu da məhz bu futbolçu vurub.

Şad xəbərin doğru olub-olmadığını dəqiqləşdirmək üçün “Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla əlaqə saxladıq. Lakin N.İbrahimov bu söhbətlərin doğru olmadığını söylədi. O, “Borussiya”lı futbolçunun həmin oyunda meydana çıxmasında heç bir qeyri-qanuni hərəkətin olmadığını bildirdi.

Xatırladaq ki, Dortmunddakı qarşılaşma “Qarabağ”ın 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar