"Borussiya" – "Qarabağ" oyununun hakimləri
16 Avqust 2010 Bazar Ertəsi 20:25
"Borussiya" – "Qarabağ" qarşılaşmasını rumın hakimlər idarə edəcək.
UEFA Avropa Liqasının pley-off mərhələsində çıxış edəcək “Qarabağ” komandasının oyununu idarə edəcək hakimlər açıqlanıb. Avqustun 19-da, yeli vaxtla saat 21:05-də, Dortmund şəhərindəki “Vestfalenştadium”da keçiriləcək “Borussiya” – “Qarabağ” oyununu Rumıniyadan olan hakimlər briqadası idarə edəcək:
Baş hakim: Pavel Kristian Balay
Baş hakimin köməkçiləri: Zoltan Szekeli, İonel Popa
Dördüncü hakim: Auqustus Viorel Konstantin

Matçda hakim-inspektor vəzifəsini hollandiyalı Rene Temmink icra edəcək. Qarşılaşmada UEFA nümayəndəsi kimi isə George Fantaros (Kipr) təyin olunub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar