“Borussiya” – “Qarabağ” matçının hakimi məlum oldu
13 Avqust 2010 Cümə 11:05
“Borussiya” – “Qarabağ” matçının hakimi məlum oldu. Dortmundda keçiriləcək ilk oyunu rumın hakim idarə edəcək.
Avropa Liqasının play-off mərhələsi çərçivəsində keçirilən “Borussiya”-“Qarabağ” matçının hakimi məlum olub. “Qarabağ” futbol klubundan verilən məlumata görə, oyunu rumın Pavel Kristian Balaj idarə edəcək.

Pavel Kristian Balaj hakimlik karyerasına 1994-cü ildə başlayıb. Pavel Rumıniyanın birinci liqasında ilk oyununu 2000-ci ildə idarə edib. O, 2003-cü ildən isə FİFA referisidir. Beynəlxaq arenada ilk sınağı 2005-ci ildə, Portuqaliyada yerli “Gimaraynş” – “Beşiktaş” (1 – 3) qarşılaşması olub.

Xatırladaq ki, Almaniyanın ən böyük stadionlarından hesab olunan “Siqnal İduna Park” arenasında keçiriləcək “Borussiya” – “Qarabağ” qarşılaşması avqustun 19-da Bakı vaxtı ilə saat 00:05-də start götürəcək. Cavab oyunu isə avqustun 26-da Tofiq Bəhramov adına respublika stadionunda baş tutacaq. Bu oyunu isə belçikalı ədalət təmsilçisi Serge Qumyenni idarə edəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar