Borussiya klubu azarkeşleri birinci oldu
10 Sentyabr 2013 Çərşənbə Axşamı 07:15
2012/2013 mövsümünde stadionda en çox azarkeşi olan 100 klubun adı melum olub. Borussiya klubu azarkeşleri birinci olub.
2012/2013 mövsümündə stadionda ən çox azarkeşi olan 100 klubun adı məlum olub.

Qol.Az-ın məlumatına görə, Braziliyanın "Pluri Consultaria" agentliyinin hazırlamış olduğu siyahıda ən sadiq azarkeşlərin ingilis və almanların olduğu müəyyənləşib.

Siyahıya Dortmundun "Borussiya" klubu başçılıq edib. Ev görüşlərini 85,700 min tamaşaçı tutumuna malik "Siqnal İduna Park"da keçirən klubun oyunları zamanı stadionda demək olar ki, bütün yerlər dolu olur. "Mançester Yunayted"in "Old Trafford" stadionu 75,530 min azarkeşlə ikinci pillədə qərarlaşıb.

"Barselona"nın "Nou Kamp" stadionu üçüncü (71,681), "Bavariya"nın ev oyunlarını keçirdiyi "Alyanz Arena" isə (71 min) dördüncüdür. Madridin "Real" klubu siyahıda beşinci pillədə qərarlaşıb. 84.454 tamaşaçı tutumuna malik olan "Santyaqo Bernabeu" stadionunda təxmini 61.171 min yer dolu olub.

Qeyd edək ki, bu siyahıda türk klublarından yalnız "Fənərbaxça" yer alıb. İstanbul klubu 42.255 insan sayı ilə 27-ci pillədə qərarlaşıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar