"Borussiya" daha bir futbolçusunu itirdi
17 Avqust 2010 Çərşənbə Axşamı 16:25
Dortmund klubunun futbolçusu Kevin Qroskroyts zədələnib
Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"la qarşılaşacaq Almaniyanın "Borussiya" klubu daha bir itki ilə üzləşib. Dortmund klubunun hücumçusu Kevin Qroskroyts zədələnib. Futbolçunun ölkə kubokunun "Vakker"lə oyununda xəsarət aldığı bildirilir. Klubun rəsmi saytının yaydığı məlumata görə, 22 yaşlı futbolçu bu gün müayinədən keçəcək və onun "Qarabağ"a qarşı oynayıb-oynamayacağı məlum olacaq.
"Borussiya" klubunun həkimi Markus Braun futbolçunun "Qarabağ"a qarşı oynayacağına ümid etdiyini bildirib.
Xatırladaq ki, bir müddət əvvəl “Borussiya” klubu zədə səbəbindən braziliyalı müdafiəçisi Dedeni də itirmişdi. Futbolçu “Qarabağ”a qarşı hər iki oyunda meydana çıxmayacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: