“Borussiya” ağır zərbə aldı
12 Avqust 2010 Cümə Axşamı 10:30
Klubun aparıcı oyunçusu Dede zədələnərək sıradan çıxıb.
Avropa Liqasının play-off mərhələsində təmsilçimiz “Qarabağ”la qarşılaşacaq Dortmund “Borussiya”sının heyəti zəifləyib. Klubun rəsmi saytında yer alan məlumata görə, Braziliya əsilli futbolçu Dede məşq prosesi zamanı ağır zədə alıb.

“Borussiya” klubunun məşqçisi Markus Braun Dedeni müayinə edib. Bundan sonra 32 yaşlı futbolçunun ən azı 3-4 həftə futbol oynamayacağı müəyyənləşib. Bu isə Dedenin “Qarabağ”la baş tutacaq hər iki oyunda iştirak etməyəcəyi anlamına gəlir.

Xatırladaq ki, “Borussiya” və “Qarabağ” klubları arasında ilk oyun avqustun 19-da Dortmundda, cavab matçı isə bir həftə sonra Bakıda baş tutacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar