Bolqarıstana yollanacaq komandanın üzvləri müəyyənləşib
08 Sentyabr 2010 Çərşənbə 17:45
Bolqarıstana yollanacaq komandanın üzvləri müəyyənləşib. Sofiyada ölkəmizi 8 idmançı təmsil edəcək.
Bolqarıstanın Sofiya şəhərində keçiriləcək gənclər arasında Avropa çempionatında mübarizə aparacaq Azərbaycan yığma komandasının heyəti müəyyənləşib. Bu barədə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

17-19 sentyabr tarixlərində baş tutacaq yarışlarda məşqçilər Fərhad Məmmədov və Azər Şıxəliyevin rəhbərliyi altında ümumilikdə 8 cüdoçumuz mübarizəyə qatılacaq.

Oğlanların yarışında respublikamızı Elsəvər Sadıqzadə (55 kq), Vüqar Şirinli (60 kq), Rüstəm Orucov (66 kq), Sərxan Əhmədov (73 kq), Tural Səfquliyev (81 kq), Şahin Qəhrəmanov (90 kq) və Fərid Babayev (+100 kq) təmsil edəcək. Qızların mübarizəsində isə yeganə təmsilçimiz Xanım Hüseynova (57 kq) qüvvəsini sınayacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar