Bolqar menecer Şəhriyar Məmmədyarova etiraz edir
29 İyul 2010 Cümə Axşamı 22:25
"Azərbaycandan ikinci şahmatçı Kazan şəhərində keçiriləcək iddialılar turnirində iştirak etməməlidir".
"Azərbaycandan ikinci şahmatçı Kazan şəhərində keçiriləcək iddialılar turnirində iştirak etməməlidir". Bu sözləri Qızıl taca iddialılardan sayılan, bolqarıstanlı qrossmeyster Veselin Topalovun meneceri Silvio Danailov deyib.

Silvio Danailov Rusiya mətbuatına müsahibəsində iddialılar turnirinin Bakıdan alınaraq, Kazan şəhərinə keçirilməsinə münasibət bildirib. “FİDE təşkilatçılıqla bağlı tender elan etməli idi. Bəlkə, Sofiya daha çox pul təklif edəcəkdi?! İndi Beynəlxalq Federasiya Kazan variantını ortaya atıb. Özü də “vayld kart”ı Şəhriyar Məmmədyarova verirlər. Bu absurddur! Əgər, oyunlar Rusiyada keçirilirsə, elə iddaçı da Rusiyadan olmalıdır.
Azərbaycanın bura nə aidiyyatı var?”,-deyə Danailov son günlər baş verənlərə münasibət bildirərkən, belə deyib.

Danailov onu da əlavə edib ki, yarış harada keçirilirsə, keçirilsin Topalov turnirdə iştirak edəcək. Onun sözlərinə görə, Topalovun fikirləri düzgün anlaşılmayıb. Topalov Rusiyada yerli şahmatçılarla qarşılaşmaqdan imtina edib.

Xatırladaq ki, Rusiya Şahmat Federasiyası erməni Levon Aronyanın Azərbaycana gedə bilməyəcəyini əsas gətirərək, turnirin Bakıda deyil, Kazanda təşkil olunması üçün FİDE-yə müraciət etmişdi. Azərbaycan tərəfinin şərtlərinin qəbul olunmasından sonra FİDE yarışa ev sahibliyi etmək hüququnu ruslara vermişdi.

Rusiyalı Vladimir Kramniklə Veselin Topalovun arasında sonuncu dəfə 2006-cı ildə keçirilmiş matç qalmaqalla yadda qalmışdı. Topalov Kramnikin gedişlər arası istrahətlərdə əlavə köməkdən istifadə etdiyini iddia etmişdi. Beynəlxalq Şahmat Federasiyası isə bunu əsassız sayaraq, Topalovun iddiasına baxmamışdı. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar