“Bolluq” firması yanır
25 Mart 2009 Çərşənbə 10:50
Qənd istehsalı ilə məşğul olan “Bolluq” firması yanır , Yanğın firmanın 100 kvadratmetrlik anbarını əhatə edir

Bakının Nizami rayonu ərazisindəki qənd istehsalı ilə məşğul olan “Bolluq” firması yanır. Fövqalədə Hallar Nazirliyi Yanğından Mühafizə Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, yanğın saat 10.00 radələrində Heydər Əliyev prospekti 8, köndələn 5 ünvanında yerləşən firmanın anbarında başlayıb. Yanğın 100 kvadratmetrlik ərazini əhatə edir. Hadisə yerinə 7 yanğınsöndürən maşın göndərilib. Hazırda davam edən yanğının qarşısının alınması üçün tədbirlər həyata keçirilir. Yanğının səbəbləri hələlik məlum deyil. 

/ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar