Boksçumuzun Olimpiadadakı qələbəsi əlindən alındı
02 Avqust 2012 Cümə Axşamı 11:37
Məhəmməd Əbdülhəmidovun nəticəsi ləğv edilib.
30-cu Yay Olimpia oyunlarında mübarizə aparan Azərbaycan boksçusu Məhəmməd Əbdülhəmidovun (56 kq) qələbəsi əlindən alındı. ANS PRESS-in BBC Sport-a istinadən verdiyi məlumata görə, təmsiliçimiz Olimipadanın 1/8 final mərhələsində yaponiyalı Şakozi Şinizuya qalib gəlsə də, rəqib döyüşdən sonra şikayət edib. Yaponiyalı bokuçu 17-22 məğlub olduğu görüşdə rəqibinin ona nokdauna düşdükdən sonra zərbə endirdiyini iddia edir.
Nə qədər qəribə olsa da, Hakimlər Kollegiyası yapon boksuçusunun iddiasını təmin edərək qələbəni ona veriblər. Artıq Azərbaycan təmsilçisinin qələbəsinin əlindən alınması AİBA-nın rəsmi saytında yerləşdirilib. Səbəb kimi isə boksçumuzun 3-cü raunda 6 dəfə yerə yıxılması göstərilib.
AİBA-nın qaydalarına görə isə bu zaman boksçuya məğlubiyyət verilməlidir. Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinin rəhbəri Elnur Məmmədlinin ANS PRESS-ə veridyi məlumata görə, Azərbaycan tərəfi bu qərarla bağlı Apelyasiya şikayəti etmək fikrində deyil. Bununla da, boksuçmuzun Olimpiadada çıxışı başa çatıb.
DOSTLARINLA PAYLAŞ: