Boksçumuz Teymur Məmmədov yarımfinal mərhələsinə yüksəldi
06 Avqust 2012 Bazar Ertəsi 04:27
Teymur Məmmədov Olimpiya Oyunlarının yarımfinal mərhələsinə yüksəlməklə bürünc medalı təmin edib.
Böyük Britaniyanın paytaxtı Londonda keçiriləən XXX Yay Olimpiya Oyunlarında bokdçumuz növbəti mərhələyə yüksəlib. Məlumata görə, 91 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan boksçusu Teymur Məmmədov növbəti görüşünü keçirib.
Yarışın dörddəbir final mərhələsində boksçumuz Belarus idmançısı Sergey Karneyevlə qarşılaşıb. Rəqibini məğlub edən boksçumuz Olimpiya Oyunlarının yarımfinal mərhələsinə yüksəlməklə özünə ən azı bürünc medalı təmin edib.
DOSTLARINLA PAYLAŞ: