Boksçumuz Salman Əlizadə Avropa çempionu oldu
19 Dekabr 2012 Çərşənbə 11:51
Boks üzrə 19-22 yaşlılar arasında Avropa çempionatına yekun vurulub. Boksçumuz Salman Əlizadə Avropa çempionu olub.
Rusiyanın Kalininqrad şəhərində keçirilən boks üzrə 19-22 yaşlılar arasında Avropa çempionatına yekun vurulub. Azərbaycan Boks Federasiyasından ANS PRESS-ə verilən məlumata görə, Azərbaycan milli komandasının üzvü Elvin İsayev (60 kq) həlledici görüşdə Rusiya boksçusu Maksim Şmıqlyovu məğlub edərək, qızıl medala layiq görülüb.
52 kq çəki dərəcəsində yarışan Avropa çempionu Salman Əlizadə də finalda Rusiya boksçusu ilə qarşılaşıb. Həmyerlimiz xal hesabı ilə Vasili Vetkinə uduzaraq, gümüş medal qazanıb.
Qeyd edək ki, daha iki boksçumuz – Cavid Çələbiyev (56 kq) və Heybətulla Hacəliyev (64 kq) Kalininqradda bürünc medala sahib olublar.
Beləliklə, milli komandamız ilk dəfə təşkil olunan 19-22 yaşlı boksçuların Avropa çempionatında 1 qızıl, 1 gümüş və 2 bürünc medala yiyələnib.
DOSTLARINLA PAYLAŞ: