Boksçumuz Salman Əlizadə Avropa çempionu oldu
24 İyun 2011 Cümə 17:07
Salman Əlizadə rusiyalı rəqibi üzərində qələbə qazanıb.
Azərbaycan boksçusu Salman Əlizadə Türkiyənin paytaxtı Ankarada keçirilən Avropa çempionatında qızıl medal qazanıb. Azərbaycan Boks Federasiyasının Türkiyədə olan mətbuat xidmətinin rəhbəri Elnur Məmmədlinin ANS PRESS-ə verdiyi məlumata görə, 18 yaşlı boksçumuz finalda rusiyalı Belik Qalanovu məğlub edib.

Qeyd edək ki, bu, 1993-cü ildən sonra yığmamızın Avropa çempionatında qazandığı ilk qızıldır. Həmin vaxt Rövşən Hüseynov məhz Türkiyədə qitənin ən güclüsü olmağı bacarmışdı. Təxminən saat yarımdan sonra daha bir boksçumuz Avropa çempionatında final döyüşünü keçirəcək. Teymur Məmmədov (91 kq) finalda bolqarıstanlı Tervel Pulevlə üz-üzə gələcək. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar