Boksçumuz Orxan Mayıllı finalda erməni rəqiblə qarşılaşacaq
30 İyul 2011 Şənbə 13:36
Orxan Mayıllı Dünya çempionu adını qazanmağa çalışacaq.
Qazaxıstanın paytaxtı Astanada keçirilən boks üzrə yeniyetmələr arasında dünya birinciliyində həmyerlimiz Orxan Mayıllı finala vəsiqə qazanıb. Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinin rəhbəri Elmur Məmmədlinin ANS PRESS-ə verdiyi məlumata görə, 70 kq çəki dərəcəsində mübarizə aparan boksçu yarımfinalda İtaliya təmsilçisi Salvatore Kavallaro ilə üz-üzə gəlib.

Gərgin mübarizə şəraitində keçən döyüş 7:7 hesabı ilə başa çatıb. Lakin əlavə göstəricilərə görə, hakimlər qələbəni Azərbaycan boksçusuna veriblər. Milli komandamızın üzvü həlledici görüşdə Rusiyanı təmsil edən Lendruş Akopyanla qarşılaşacaq.

Rusiya boksçusu yarımfinalda Cənubi koreyalı İn-Gi Honqu 17:6 hesabı ilə məğlub edib. Final görüşləri bu gün yerli vaxtla saat 14:00-da başlayacaq.

Həlledici döyüşlərdə 15 ölkənin 26 idmançısı mübarizə aparacaq. Finalda ən çox təmsilçisi olan ölkə Rusiyadır - 5 boksçu. Türkiyə və Özbəkistanı finalda 3 idmançı təmsil edəcək. İngiltərə, Avstraliya və Qazaxıstanın bir nümayəndəsi qızıl medal uğrunda görüşəcəklər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar