Boksçumuz Məhəmmədrəsul Məcidov rəqibini nokauta göndərdi
16 Dekabr 2012 Bazar 13:25
“Baku Fires” klubu Meksikanın “Mexico Guerreros” komandasını məğlub edib.
Ötən gün Dünya Boks Seriyası (WSB) Liqası yarışlarının üçüncü turunun növbəti görüşləri keçirilib. ANS PRESS-in məlumatına görə, Azərbaycanın “Baku Fires” klubu Meksikanın “Mexico Guerreros” komandası ilə qarşılaşıb.

Paytaxtımızda baş tutan yarışda Məhəmməd Qurbanov (54 kq, Azərbaycan) Kristian Torres (Meksika) ilə, Albert Səlimov (61 kq) Fernando Diasla, Məhəmməd Nuritdinov (73 kq) Konrad Komminqslə, Hacımurad Nəsrəddinov (85 kq) İsaak Quterreslə və Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) isə Aleks Rivera ilə münasibətlərinə aydınlıq gətirib.

Təmsilçilərimiz yarışda inamlı çıxış edərək rəqiblərini 4:1 hesabı ilə məğlub edib. Son Olimpia oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov rəqibini bir dəqiqə ərzində nokauta göndərib.

Qeyd edək ki, qrup lideri olan “Baku Fires” keçirdiyi son üç oyunu da qələbə ilə başa vurub.





DOSTLARINLA PAYLAŞ:

oyunlar