Boksçumuz Məhəmməd Abdulhəmidov döyüşmədən finala çıxdı
20 Aprel 2012 Cümə 17:31
Məhəmməd Abdulhəmidov Avropa Olimpiya lisenziya turnirində qələbə qazana bilər.
Azərbaycan milli komandasının üzvü Məhəmməd Abdulhəmidov (56 kq) Trabzonda keçirilən Avropa Olimpiya lisenziya turnirində finala vəsiqəni təmin edib. Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, boksçumuz yarımfinalda Gürcüstan təmsilçisi Merab Turkadze ilə döyüşməli idi. Ancaq Turkadze zədələndiyindən yarımfinala çıxmayıb.
Belə də həmyerlimiz birbaşa finala vəsiqəni təmin edib. Abdulhəmidov həlledici döyüşdə Denis Ceylan (Danimarka) – Pavlo İşenko (Ukrayna) cütünün qalibi ilə qarşılaşacaq.
DOSTLARINLA PAYLAŞ: