Boksçumuz Malik Muradov çernoqoriyalı döyüşçünü nokauta saldı
25 İyul 2011 Bazar Ertəsi 12:03
Malik Muradov dünya birinciliyində parlaq debüt edib.
Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə yeniyetmələr arasında dünya birinciliyi davam edir. Azərbvaycan Boks Federasiyasının mətbuat xidmətinin rəhbəri Elnur Məmmədlinin ANS PRESS-ə verdiyi məlumata görə, yarışın ikinci günündə rinqə çıxan 4 idmançımızın hamısı qələbə qazanıb. 46 kq çəki dərəcəsində mübarizə aparan Elnur Şəfizadə Banqladeş nümayəndəsi Asif İslamı yarışdan kənarlaşdırıb - 18:9.
Malik Muradovun (50 kq) dünya birinciliyindəki debütü daha parlaq alınıb. Həmyerlimiz çernoqoriyalı Stefan Stekuliçi 1-ci raundda nakauta salıb. 54 kq. çəki dərəcəsində yarışan Peyman Yusifli isə növbəti mərhələyə gərgin mübarizə nəticəsində vəsiqə qazanıb. Boksçumuz Cənubi Koreya təmsilçisi Hyun-Suk Limi 6:5 hesabı ilə məğlub edib.
Nurlan Nağıyev (60 kq) üçün də dünya birinciliyi çətin başlayıb. Milli komandamızın üzvü ilk döyüşdə avstraliyalı Luk Pilarinosla qarşılaşıb. 3 raunddan sonra qalib müəyyən olunmasa da (10:10), hakimlər qələbəni Nağıyevə veriblər.
Xatırladaq ki, yarışın ilk günündə iki boksçumuz uduzaraq, mübarizədən kənarda qalıb. Dünya birinciliyinə iyulun 30-da yekun vurulacaq. anspress
DOSTLARINLA PAYLAŞ: