Boksçumuz italiyalı rəqibini rinqə çıxmağa peşman edib
23 Avqust 2011 Çərşənbə Axşamı 16:17
Avropa çempionatının ilk yarış günü rinqə çıxmış 4 boksçumuzdan ikisi qələbə qazanıb
Avropa çempionatının ilk yarış günü rinqə çıxmış 4 boksçumuzdan ikisi qələbə qazanıb. 60 kq çəki dərəcəsində Pərviz Bağırov İtaliya boksçusu Matteo Angenonini rinqə çıxmağa peşman edib: 9-2.

Ağırlığı 69 kiloqrama qədər olan boksçuların yarışında da boksçumuz italiyalı həmkarı ilə qarşılaşıb. Pərvizdən fərqli olaraq, Fəqan Hüseynovun Dario Morello ilə döyüşü gərgin idman mübarizəsində keçib. 3 raundluq döyüş boksçumuzun 13-12 hesablı qələbəsilə başa çatıb.

İlk yarış günü Dublin rinqində yumruq oynatmış Hüseyn Qasımovla Şaban Şahpələngovin startı isə uğurlu alınmayıb. Hüseyn macarıstanlı Layoş Sarkoziyə, Şaban Şahpələngov isə Rusiya boksçusu Rəcəb Butayevə uduzub.

Qeyd edək ki, gənc boksçuların Avropa çempionatı avqustun 27-də başa çatacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar