Boksçumuz gümüş medal qazanıb
19 Aprel 2009 Bazar 15:05
Boksçumuz final döyüşündə kubalı İdil Leala məğlub olub

 

Türkiyənin İstanbul şəhərində keçirilən “Ahmet Cömert” XXIV beynəlxalq boks turnirində bu gün final görüşləri keçirilir. Turnirin finalında mübarizə aparan yeganə boksçumuz İsmət Eynullayev (60 kq) final görüşündə Kuba boksçusu İdil Leala 2-8 hesabı ilə məğlub olaraq gümüş medal qazanıb.

Qeyd edək ki, Azərbaycan boksçuları “Ahmet Cömert” turnirində daha öncə 1 bürünc medal qazanıb. Yarımfinalda Türkiyə boksçusu Onur Şipala məğlub olan Ramal Amanov (64 kq) turniri bürünc medalla başa vurub. 26 ölkədən 297 boksçunun iştirak etdiyi “Ahmet Cömert” beynəlxalq boks turnirinə bu gün keçiriləcək final qarşılaşmaları ilə yekun vurulacaq.

Elvin Rəsul /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar