Boksçumuz erməni rəqibini rüsvayçı məğlubiyyətə uğratdı
11 İyun 2010 Cümə 15:05
Elvin Məmişzadə Havanes Danielyan üzərində 8:1 hesabı ilə qələbə qazanıb.
Rusiyanın paytaxtı Moskva şəhərində boks üzrə Avropa çempionatı davam edir. Yarışda mübarizəni davam etdirən yeganə azərbaycanlı boksçu Elvin Məmişzadə (48 kq) bu gün yarımfinal döyüşünə çıxıb. Təmsilçimiz erməni rəqibi Hovanes Danielyanla qarşılaşıb.

Döyüş idmançımızın inamlı qələbəsilə yekunlaşıb – 8:1. Finala vəsiqə qazanın Elvin Məmişzadənin həlledici mərhələdə rəqibi irlandiyalı Patrik Barnes olacaq.

Xatırladaq ki, Avropa çempionatında ölkəmizin boks yığması 11 idmançı ilə təmsil olunmuşdu. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar