Polşanın Şetsin şəhərində gənc boksçuların Avropa çempionatına start verilib. 54 kq çəki dərəcəsində çıxış edən Elvin İsayev ermənistanlı Aleksandr Şaxyanı məğlub etdikdən sonra Şotlandiya təmsilçisi üzərində qələbə qazanaraq ¼ finala vəsiqə qazanıb.
Ən aşağı çəki dərəcəsində mübarizə aparan Elvin Məmişzadə də, ilk döyüşdə qalib gəlib. Digər çəki dərəcələrində çıxış edən boksçularımız isə hələ rinqə çıxmayıblar. Qitə çempionatını avqustun 22-dək davam edəcək. /ANS PRESS/