Boksçumuz Cavid Çələbiyev dünya çempionatının finalında
26 Oktyabr 2013 Şənbə 09:17
Cavid Çələbiyev Qazaxıstan nümayəndəsi Kayrat Yeraliyevi məğlub edərək finala yüksəlib.
Almatıda (Qazaxıstan) boks üzrə dünya çempionatı davam edir. Çempionatda Azərbaycanı təmsil edən daha bir idmançı uğur qazanıb. Belə ki, 56 kq çəki dərəcəsində Azərbaycan boksçusu Cavid Çələbiyev Qazaxıstan nümayəndəsi Kayrat Yeraliyevlə görüşüb. İdmançımız rəqibinə qalib gələrək finala vəsiqə qazanıb.
Finalda onun rəqibi rusiyalı Vladimir Nikitin olacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar