Boksçularımız Qazaxıstandan 5 medal gətirib
23 Noyabr 2010 Çərşənbə Axşamı 22:40
Elvin İsayev və Vətən Hüseynli Pavlodar turnirində qızıl medal qazanıb
Qazaxıstanın Pavlodar şəhərində əməkdar məşqçi Rafael Vahidovun xatirəsinə həsr olunmuş boks üzrə beynəlxalq turnirə yekun vurulub. Azərbaycan, Qazaxıstan, Rusiya, Qırğızıstan və Monqolustandan 100-dən çox boksçunun mübarizə apardığı turnirdə yığmamız Rasim Məmmədovun rəhbərliyi altında mübarizə aparıb.

Turnirdə boksçularımızdan Elvin İsayev (60 kq) və Vətən Hüseynli (81 kq) bütün görüşlərini qələbə ilə başa vuraraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Digər idmançılarımız Kamran Mehdiyev (81 kq), Sadiq Eynullayev (69 kq) gümüş, Murad Ağamalıyev (75 kq) isə bürünc medal qazanıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar