Boksçularımız Çeçenistanda 4 medal qazanıb
02 Sentyabr 2010 Cümə Axşamı 23:35
Azərbaycanı təmsil edən 5 boksçudan dördü mükafata layiq görülüb.
Qroznıda Çeçenistanın birinci prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş 3-cü beynəlxalq boks turniri keçirilib. Dünyanın 15 ölkəsindən idmançıların iştirak etdiyi turnirdə Azərbaycanı təmsil edən 5 boksçudan dördü mükafata layiq görülüb.

Yarışlarda 48 kiloqram çəki dərəcəsində Nurlan Qasımov qızıl medal qazanıb. Namiq Hüseynov (57 kq), Rahib Bəylərov (75 kq), Hafiz İskəndərov (91 kq) bürünc medala layiq görülüblər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar