Boksçularımız “Böyük İpək Yolu” turnirində rəqib tanımadılar
10 Mart 2012 Şənbə 10:16
Komanda üzvlərimiz 4 qızıl, 4 gümüş və 7 bürünc medal əldə ediblər
“Sərhədçi” İdman Olimpiya Mərkəzində boks üzrə “Böyük İpək Yolu” beynəlxalq turnirinə yekun vurulub. Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, idmançıları yarışda 4 qızıl, 4 gümüş və 7 bürünc medal qazanıblar. 52 kq çəki dərəcəsində Salman Əlizadə ilə Tural Əhmədovun görüşü kifayət qədər maraqlı alınıb. Əhmədov Əlizadənin iştirak etmədiyi son ölkə çempionatında 1-ci yerə layiq görülmüşdü.

Bu dəfə isə Avropa çempionu Salman Əlizadə 13:9 hesabı ilə qələbə qazanıb. Olimpiya oyunlarına lisenziya qazanan Elvin Məmişzadə Qazaxıstan nümayəndəsi Oljas Satibayev üzərində çətinlik çəkmədən qələbə qazanıb – 20:11. Gənclər arasında dünya birinciliyinin qalibi olan Şaban Şahpələngov (56 kq) Qriqori Nikolayçuka (Rusiya) 1 xal fərqlə uduzaraq, 2-ci yerlə kifayətlənib. Turnirin sensasiyasına 64 kq çəki dərəcəsində mübarizə aparan Pərviz Bağırov imza atıb.

Yarımfinalda Rusiya milli komandasının 1-ci nömrəsi, Avropa çempionatının bürünc mükafatçısı Aleksandr Solyanikov üzərində qələbə qazanan boksçu final görüşünü də öz xeyrinə başa vurub. Onun London Olimpiadasına lisenziya qazanmış Heybətulla Hacəliyevlə qarşılaşması 9:9 hesabı ilə başa çatsa da, qələbə gənclər arasında Avropa çempionu Bağırova verilib. Rusiya yığmasının aparıcı üzvlərindən Albert Səlimov Bakıda da rəqib tanımayıb. Dünya çempionu finalda qazaxəstanlı Berik Abdraxmanova heç bir şans verməyib – 17:5. Ümumkomanda hesabında Azərbaycan 1-ci, Rusiya 2-ci, Qazaxıstan isə 3-cü yeri tutub.

49 kq
Tural Əhmədov (Azərbaycan) 9:13 Salman Əlizadə (Azərbaycan)
52 kq
Oljas Satibayev (Qazaxıstan) 11:20 Elvin Məmişzadə (Azərbaycan)
56 kq
Qriqori Nikolayçuk (Rusiya) 15:14 Şaban Şahpələngov (Azərbaycan)
60 kq
Berik Abdraxmanov (Qazaxıstan) 5:17 Albert Səlimov (Rusiya)
64 kq
Heybətulla Hacəliyev (Azərbaycan) 9:9 Pərviz Bağırov (Azərbaycan

69 kq
Emil Məhərrəmov (Azərbaycan) 12:15 Süleyman Berdukayev (Qazaxıstan)
75 kq
Pyotr Xamukov (Rusiya) 15:8 Elik Aljanov (Qazaxıstan)
81 kq
Almat Serimov (Qazaxıstan) 7:14 Tair Pirdamov (Rusiya)
91 kq
İvan Klimov (Rusiya) 10:11 Aleksey Sevostyanov (Qazaxıstan)





DOSTLARINLA PAYLAŞ:

oyunlar