Boksçularımız beynəlxalq yarışda birinci oldu
07 Dekabr 2009 Bazar Ertəsi 16:30
Bakıda “A.Ağalarov kuboku 2009” başa çatıb
Azərbaycan boksçuları Bakıda start götürmüş “A.Ağalarov kuboku 2009” boks turnirində 8 medal qazanaraq komanda hesabında 1-ci yerə layiq görülüb. Növbəti yerləri isə Rumıniya (1 qızıl), İrlandiya (1 qızıl) və Fransa (1 qızıl) bölüşdürüb.

Qeyd edək ki, Bakıda daha bir beynəlxalq turnir - “AİBA Prezidenti Kuboku” 8 dekabr 2009-cu il tarixində “Sərhədçi” İdman Olimpiya Mərkəzində start götürəcək. Yarışda 35 ölkənin komandası iştirak edəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar