Boksçularımız beynəlxalq turnirin qalibi olub
13 Mart 2011 Bazar 11:37
Azərbaycan millisi “Böyük İpək Yolu” beynəlxalq boks turnirində birinci olub.
Bakıda keçirilən “Böyük İpək Yolu” beynəlxalq boks turniri başa çatıb. Dörd gün davam edən mübarizədə Azərbaycan, Rusiya, Türkiyə, İran, Özbəkistan, Gürcüstan, Qazaxıstan və Tacikistan boksçuları mübarizə aparıblar.
Gərgin mübarizə şəraitində keçən turnirdə Azərbaycan millisinin baş məşqçisi Yevgeni Kotovun yetirmələri 3 qızıl, 6 gümüş və 6 bürünc medal qazanıb.
Fəxri kürsünün yüksək pilləsinə Tural Əhmədov (52 kq), Anar Cəfərov (64 kq) və 81 kq çəki dərəcəsində mübarizə aparmış Vətən Hüseynli qalxıblar. Gümüş medalları Elvin Məmişzadə (49 kq), Ramal Yusifzadə (52 kq), Rəhim Nəcəfov (56 kq), Emil Əhmədov (69 kq), Ramil Əliyev (81 kq) və Teymur Əhmədov (91 kq) qazanıblar.
Bürünc mükafatları isə Kamran Məlikov, Salman Əlizadə (hər ikisi – 49 kq), Ruslan Qasımov (60 kq), Coşqun Əliyev (64 kq), Sadiq Eynullayev (69 kq) və 91 kq çəki dərəcəsindən yuxarı Elçin İsmayilov əldə ediblər.
Ümumi komanda hesabında Azərbaycan millisi 15 medal qazanaraq birinci yeri tutub. Qazaxıstan millisi ikinci, Rusiya komandası isə üçüncü olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: